Sabah hava necə olacaq? - PROQNOZ

13:37 - 17 Yanvar 2022 - ÖLKƏ İÇİ

Yanvarın 18-də ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1, gündüz 4-6, Bakıda gecə 0-1, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbər xətti