İspaniya Superkubokunun final oyununda "Real Madrid" klubu Bilbaonun "Atletik" komandasını 2:0 hesabı ilə məğlub edib.
Turnir Səudiyyə Ərəbistanında keçirilib. Qolları Luka Modriç (38-ci dəqiqə), Karim Benzema (52-ci dəqiqə, penaltidən) vurublar.
Beləliklə, "Real Madrid" 12-ci dəfə kuboku qazanıb.