Anaları xəstəxanaya yerləşdirilən körpələr ACINACAQLI HALDADIR - VİDEO (YENİLƏNİB)

14:03 - 16 Yanvar 2022 - Cəmiyyət

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Ucnoqta.az-a bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.

Qeyd edilib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib.


12:33

Şamaxıda anaları xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu görüntüləri ona göndəriblər. Belə ki, Şamaxının kəndlərindən birində anaları koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən uşaqlar baxımsızlıqdan əziyyət çəkir.

Uşaqlara kənd camaatı baxıb, yemək versələr də, onların acınacaqlı vəziyyəti hər kəsi dəhşətə gətirir.

Xəbər xətti