Yanvarın 16-na ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.