Azərbaycan idmançısı ISSF Qran-Pri yarışında qızıl medal qazanıb – FOTO

22:16 - 14 Yanvar 2022 - İDMAN

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov ISSF Qran-Pri yarışında qızıl medal qazanıb.

Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.

Qeyd edək ki, Ruslan Afina – 2004 Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovanın oğludur.


Xəbər xətti