Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - FOTO

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəbəkə hesabına da diqqət çəkib.

Bağçanın səhifəsində mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.

Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər “yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.
Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.///qafqazinfo

Tarix
14 Yanvar 2022 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-14 21:10:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin