Hacıqabul sakinlərində “patı” aşkarlandı - FOTO

10:08 - 14 Yanvar 2022 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Elşən Hüseynli və Hüseyn Rzayev saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

 


Xəbər xətti