Azyaşlıya qarşı vəhşilik edən tərbiyəçi qohumu imiş ... - YENİ FAKTLAR
00:34 - 14 Yanvar 2022 - ÖLKƏ İÇİ
Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.
Ucnoqta.az xəbər verir ki, azyaşlıya qarşı edilən vəhşilik İsmayıllı rayonunun Aşağıbaş kəndində baş verib. Bu barədə Azərbaycan Uşaqlar birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Belə ki, azyaşlının qohumu olduğu deyilən tərbiyəçinin artıq işdən qovulduğu bildirilir.