Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 13-dən başlayaraq Qazaxıstandan çıxarılacaq.
“Report”un xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev operativ qərargahın iclasında deyib.
O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib:
"Təbii ki, bunun terrorçuların və quldurların təcavüzünün dəf edilməsi üçün böyük psixoloji əhəmiyyəti olub. Missiya çox uğurlu qiymətləndirilir", - dövlət başçısı əlavə edib".