Ucnoqta.az
www.ucnoqta.az

Tokayev sülhməramlıların Qazaxıstandan çıxarılması tarixi açıqladı

15:21 - 12 Yanvar 2022 tarixində dərc olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 13-dən başlayaraq Qazaxıstandan çıxarılacaq.

“Report”un xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev operativ qərargahın iclasında deyib. 

O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib:

"Təbii ki, bunun terrorçuların və quldurların təcavüzünün dəf edilməsi üçün böyük psixoloji əhəmiyyəti olub. Missiya çox uğurlu qiymətləndirilir", - dövlət başçısı əlavə edib".

Müəllif: