Türkiyədə 3 hərbçi şəhid olub
00:58 - 9 Yanvar 2022 - DÜNYA
Türkiyənin Şanlıurfa bölgəsində 3 hərbçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, hadisə Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.