"Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
"S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir", - nazir qeyd edib.