Bakıda motosiklet avtomobillə toqquşdu

09:35 - 8 Yanvar 2022 - HADİSƏ

Bakıda motosiklet avtomobillə toqquşub.

Hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.///report

Xəbər xətti