İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb

23:26 - 7 Yanvar 2022 - HADİSƏ

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayonun Xanagah kənd sakini Fərhad Bünyatovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti