Qazaxıstanda etiraz aksiyalarında fəal iştirak edən “Armen Dikiy” ləqəbli kriminal avtoritet Arman Cumagəldiyev saxlanılıb.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb. Mənbənin məlumatına əsasən, o, etirazçıların törətdiyi talançılıqda və hökumət nümayəndələrinə hücumda şübhəli bilinir.
Qeyd edək ki, A. Cumagəldiyev yanvarın 6-da Türkiyədən Qazaxıstana qayıdıb. O, əksinə etirazçılara hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etməməyə çağırıb. “Armen Dikiy” hava limanına edilən hücumdan da danışıb. Onun sözlərinə görə, etirazçılar arasında təxribatçılar da var.
Bundan əlavə, Qazaxıstan müxalifətinin lideri, keçmiş energetika naziri Muxtar Ablyazov etirazçılara liderlik etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Almatıdakı aksiya iştirakçıları hər gün ondan təlimat və məsləhət gözləyirlər.