Sumqayıtda xəstəxanada baş verən yanğın söndürülüb

19:53 - 7 Yanvar 2022 - HADİSƏ

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucnoqta.az xəbər veriu, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

Sumqayıtda xəstəxanada yanğın zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tüstüdən zəhərlənənlər təcili tibbi yardıma müraciət edib. Ümumilikdə 36 nəfər təxliyə olunub.

TƏBİB-dən isə bildirilib ki, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Ətraflı məlumat veriləcək.


XXX

Sumqayıtda xəstəxana yanır.

4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb. Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir.

Hadisə ilə Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti