Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

19:12 - 7 Yanvar 2022 - HADİSƏ

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

Qəza şəhərin H.Əliyev prospektində qeydə alınıb. Qəza zamanı "VAZ 2106", "VAZ 21011" və "VAZ 2101" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar təcili yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti