Azərbaycanda DƏHŞƏT: Evdən üç kişinin meyiti tapıldı

11:46 - 7 Yanvar 2022 - HADİSƏ

Abşeron rayonunda dəhşətli hadisə baş verib.

Rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.

Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.///oxu.az

Xəbər xətti