Bakıda 1 kişi, 2 qadın dəm qazından zəhərlənib

00:14 - 7 Yanvar 2022 - HADİSƏ

Bakıda 3 nəfər dəm qazından zəhərlənib.

Hadisə Binəqədi rayonunda olub. Binəqədi qəsəbəsində 1998-ci il təvəllüdlü Seyidov İbrahim Mübariz oğlu, Rəsulzadə qəsəbəsində 1973-cü il təvəllüdlü Cəfərova Səbinə Müzəffər qızı, 9-cu mikrorayon ərazisində 1994-cü il təvəllüdlü Bağırova Elmina Xocabəy qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti