Salyan sakini dəm qazından boğuldu

17:32 - 6 Yanvar 2022 - HADİSƏ

Salyanda 39 yaşlı kişi dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Musayev Teymur Cəfər oğlu vanna otağında dəm qazından zəhərlənib. Şirvan xəstəxanasına çatdırılan 39 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti