Sumqayıtda 400 cüt ayaqqabı oğurlayan şəxs ƏLƏ KEÇDİ

13:51 - 6 Yanvar 2022 - HADİSƏ

Sumqayıt şəhərindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xəbər xətti