Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Xalid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.///report