Ordumuzun hərbi maşını qəzaya düşdü - xəsarət alanlar var

20:19 - 5 Yanvar 2022 - HADİSƏ

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir.

Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb:

“Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”.

Xəbər xətti