Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
Ucnoqta.az RİA Novosti-tə istinadən xəbər verir ki, Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.
O bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.
Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib.