Ucnoqta.az
www.ucnoqta.az

Nursultan Nazarbayev vəzifəsindən <font color=red><b>AZAD OLUNDU</b></font>

17:20 - 5 Yanvar 2022 tarixində dərc olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

Ucnoqta.az RİA Novosti-tə istinadən xəbər verir ki, Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.

O bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib.

Müəllif: