Türkiyənin ATV kanalında yayımı dayandırılan “Eşkiya Dünyaya Hükümdar Olmaz” efirə qayıdır.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxsaylı izləyiciləri olan film Blu TV-də efirə çıxacaq. Məlumata görə, 200-cü bölümü yenilənmiş montaj və əlavə səhnələri ilə bir film olacaq. “Eşkiya Dünyaya Hükümdar Olmaz” adı ATV-yə məxsus olduğundan layihənin adı dəyişdirilərək “Son Efsane” adlandırılıb.
Baş rolda isə Oktay Kaynarca yox, Ozan Akbaba yer alacaq. Alparslan rolunun ifaçısı Yunus Emre Yıldırımer də filmdə rol almayacaq. Filmin yayımlanacağı tarix isə ayın sonunda açıqlanacaq.