Baş Prokurorluq hərbçinin minaya düşməsi ilə bağlı məlumat yaydı

23:30 - 2 Yanvar 2022 - HADİSƏ

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti