Qazaxda 20 yaşlı gənc xəstəxanada ölub

09:11 - 2 Yanvar 2022 - HADİSƏ

Qazaxda xəstəxanada ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, 2002-ci il təvəllüdlü M.Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Xəbər xətti