Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

00:11 - 2 Yanvar 2022 - HADİSƏ

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Bərxudarov Bəxtiyar Aqil oğlu və 1999-cu il təvəllüdlü Rzayev Ramil Ədalət oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti