Ağsuda canavarlar mal-qara sürüsünə hücum edib

22:08 - 31 Dekabr 2021 - HADİSƏ

Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.

Hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib. Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.

Qeyd edək ki, canavarların hücumuna məruz qalan mal-qara kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə dəfələrlə baş verib.///report

Xəbər xətti