Bakı-Qazax yolunda zəncirvarı qəza olub - FOTO

10:42 - 31 Dekabr 2021 - HADİSƏ

Yolun buz bağlaması zəncirvarı qəzaya səbəb olub.

Hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Zəncirvarı qəza zamanı 2 “Mercedes”, 1 “Kia” və 1 “VAZ 2106” markalı minik maşınları toqquşub. Hadisə zamanı 2 maşın yoldan çıxaraq aşıb.

Ölən və xəsarət alanlar yoxdur.
Faktla bağı araşdırma aparılır.///apa

Xəbər xətti