Bakıda 20 yaşlı gənc oğlan bıçaqlanıb
01:06 - 31 Dekabr 2021 - HADİSƏ
Bakıda gənc oğlan bıçaqlanıb.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində mübahisə zəminində bıçaqlanan 20 yaşlı İbadov Elnur Elxan oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.///report