Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

11:58 - 30 Dekabr 2021 - HADİSƏ

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi "Opel" markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.

R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti