53 yaşlı qadın dəm qazından zəhərlənib

23:51 - 29 Dekabr 2021 - HADİSƏ

Hadisə axşam saat 21 radələrində Qax şəhəri N. Nərmanov küçəsində baş verib.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, 1968-ci il təvəllüdlü Sveta İsmayıl qızı Şamxalova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 

53 yaşlı qadın yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra S. Şamxalovanın vəziyyəti  stabilləşib. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti