Azərbaycan elminə ağır itki üz verib
Ucnoqta.az xəbər verir ki, görkəmli kimyaçı alim, AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biomimetik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov dekabrın 29-da vəfat edib.
Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb.
O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.
Allah rəhmət eləsin