İmişlidə yanğın olub, xəsarət alan var

09:30 - 29 Dekabr 2021 - HADİSƏ

İmişildə yanğın hadisəsi olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti