Ağstafada çörək sexi yanıb, 2 nəfər xəsarət alıb

09:12 - 29 Dekabr 2021 - HADİSƏ

Ağstafada yanğın hadisəsi baş verib.

Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbədə fəaliyyət göstərən çörək sexində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yağın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı İ.Əzizov və daha bir nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.///apa

Xəbər xətti