Bakıda motosiklet 52 yaşlı qadını vurub

00:39 - 29 Dekabr 2021 - HADİSƏ

Bakıda 52 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Motosiklet yolu keçən 1969-cu il təvəllüdlü Nəzərova Lətafət Əmir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti