Yevlaxda avtomobil aşdı

16:23 - 28 Dekabr 2021 - HADİSƏ

Yevlax rayonunda avtomobil aşıb.

Ucnoqta.az xəbər verir ki, rayonun Əkşəm kəndi yaxınlığından keçən magistral yolda "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Ağır yaralanan sürücü 1979-cu il təvəllüdlü Ağdam rayon sakini Aftandil Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti