Əməkdar artist vəfat etdi

23:35 - 27 Dekabr 2021 - HADİSƏ

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

Bu barədə APA-ya aktyor Kazım Abdullayev məlumat verib. O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib. 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

Allah rəhmət eləsin.


Xəbər xətti