Lənkəranda ikimərtəbəli binada yanğın - FOTO

18:36 - 27 Dekabr 2021 - HADİSƏ

Lənkəranda ikimərtəbəli binada yanğın olub.

APA-nın məlumatına görə, şəhər sakini 1987-ci il təvəllüdlü Çingiz Ağazadəyə məxsus və "Ləvəngi dairəsi" kimi tanınan ərazidə yerləşən ikimərtəbəli binanın yuxarı mərtəbəsində yanğın hadisəsi qeydə alınıb. Nəticədə ümumi sahəsi 400 kvadratmetr olan binanın 200 kvadratmetr sahədə dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən söndürülüb və yanğının birinci mərtəbəyə, ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti