Şəmkirdə iki avtomobil toqquşub - sürücü xəsarət alıb

19:30 - 26 Dekabr 2021 - HADİSƏ

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun "Kraz Yolu” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını digər avtomobil ilə toqquşub. Qəza zamanı “NİVA”nın sürücüsü, 1954-cü il təvəllüdlü Nəcəfli Sultan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti