Sabirabadda 4 otaqlı ev yanıb

01:05 - 26 Dekabr 2021 - HADİSƏ

Sabirabad şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə, evə bitişik ümumi sahəsi 40 m² olan talvarın taxta atmaları yanıb. Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti