Zaqatalada ev yanıb
17:26 - 25 Dekabr 2021 - HADİSƏ
Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 36 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli ev 30 m² sahədə yanıb.
Ucnoqta.az-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.