Abşeronda ikimərtəbəli ev yandı

23:51 - 24 Dekabr 2021 - HADİSƏ

Abşeron rayonunda yanğın hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, rayonun Saray qəsəbəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin dam örtüyünə çəkilən şüşə-pambıqdan ibarət izolyasiya qatı və çardağına yığılan ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti