Rusiyada saxlanılan türkiyəli jurnalistlər sərbəst buraxılıblar

17:32 - 24 Dekabr 2021 - HADİSƏ

Rusiyada casusluqda ittiham olunan iki türk jurnalist sərbəst buraxılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, media nümayəndələri Nazgül Kenzetay və Emin Karaçak Yakutiya və Altay bölgələrinin milli musiqi, rəqs və yeməklərinə dair çəkiliş ediblər.

Bildirilib ki, saxlanılmadan sonra onların çəkdiyi bütün şəkillər sildirilib.

Qeyd edək ki, dekabrın 16-da onlar qaldıqları hotelin qarşısında saxlanılmışdılar.

Xəbər xətti