Bakıda 9 yaşlı uşağı maşın vurdu

09:42 - 24 Dekabr 2021 - HADİSƏ

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü Nurlu Müşkinaz İntiqam qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti