Bakıda sərnişin avtobusu piyadanı vurub

08:04 - 24 Dekabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Əliyeva Səbinə Firudin qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti