Türkiyədə zavodda partlayış: yaralılar var

13:30 - 23 Dekabr 2021 - HADİSƏ

Türkiyənin Osmaniyə şəhərindəki tullantıların emalı zavodunda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Hadisə nəticəsində ən azı altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Partlayışın səbəbləri hələlik müəyyən edilməyib.

Xəbər xətti