İşğaldan azad edilmiş Zəngilan rayonuna toy mərasimi keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil: “Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır".